“Berlin-Bakıqalereyasında sərgi

 

   “Berlin-Bakıqalereyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin yaranmasının 90 illiyinə həsr edilmiş sərgi açılıb. Sərgidə ADMİU-nun dosentləri Aytən Rzaquliyeva, Sevda Sadıxbəyova Aysel Əzizovanın rəngkarlıq əsərləri nümayiş etdirilib.

   Tədbiri qalereyanın icraçı direktoru İbrahim Əhrari açaraq bu səpkidə sərginin ilk dəfə keçirildiyini bildirib. Tədbirdə zəngin tarixi olan mədəniyyət ocağının 90 illik şərəfli tarixindən söz açılıb, universitetdə milli mədəniyyətimizə, xüsusilə rəssamlıq sənətimizə töhfələr verən yüksək ixtisaslı kadrlar hazırlandığı vurğulanıb. Rəssam Sevda Sadıxbəyova sərginin təşkilinə görə ADMİU-nun rektoru, professor Timuçin Əfəndiyevə İbrahim Əhrariyə minnətdarlığını bildirib.

   Sərgidə ölkəmizin Almaniyadakı səfirliyinin və Almaniyadakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzinin əməkdaşları, diaspor təmsilçiləri, jurnalistlər, alman rəssamları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Mədəniyyət.- 2013.- 5 iyun.- S. 13.